Şəkər haqqında çox şey TƏKZİB EDİLDİ
09 sentyabr 2023 17:45 (UTC +04:00)

Şəkər haqqında çox şey TƏKZİB EDİLDİ

Həddindən artıq şəkər yemək piylənmə, ürək və qaraciyər kimi müxtəlif xəstəliklərlə əlaqələndirilə bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qəhvəyi şəkərin ağ şəkərdən daha sağlam olması mifinin heç bir elmi əsası yoxdur.

Əslində, bütün şəkər növləri bədəndə eyni şəkildə parçalanır, buna görə də qlükoza çevrilə bilən karbohidratların mənbəyidir. Çoxsaylı elmi araşdırmalar göstərib ki, şəkər istehlakı ilə hiperaktivlik arasında birbaşa əlaqə yoxdur.

Bundan əlavə, həddindən artıq şəkər istehlakı öz-özlüyündə diabetə səbəb olmur. Əslində hər iki diabet növü genetik və ətraf mühit amillərindən qaynaqlanır. İstehlak edilən şirniyyatların miqdarı diabetin yaranmasına birbaşa təsir göstərmir.

Onu da qeyd etmək lazımdır ki, şəkərin dişlərə verdiyi zərər çox vaxt konfetlə bağlıdır. Lakin dişlərin çürüməsinin əsas səbəbi diş minasını məhv edən turşulu qidalar və içkilərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3072
avatar

Fidan İlqar

Oxşar yazılar