Səhər  nə vaxt   yeməliyik? - Diabet riskini azaldır
04 avqust 2023 17:44 (UTC +04:00)

Səhər nə vaxt yeməliyik? - Diabet riskini azaldır

Səhər yeməyi vacib olduğu qədər onun hansı vaxtda yeyildiyi də önəmlidir.

Lent.az xəbər verir ki, səhər yeməyini düzgün vaxtda etmək diabet riskini də azaldır.

Diabetin inkişaf riskində genetika, fiziki fəaliyyət və sağlam qidalanmaya mühüm rol verir.  

Aparılan araşdırmalara görə, səhər saat 9-dan əvvəl səhər yeməyi yeyən insanların 2-ci tip diabetə tutulma riskini 59% azdır.

Bu yemək diabetli insanlara qan qlükozalarını daha effektiv şəkildə tarazlaşdırmağa və yüksək qlükoza səviyyəsinin qarşısını almağa kömək edə bilər. Həmçinin, gün ərzində istehlak edilən kalorilərin ümumi dozası normadan artıq olmadıqda, səhər yeməyi çəkiyə nəzarət üçün faydalıdır. Buna görə də mütəxəssislər səhər 9-dan əvvəl səhər yeməyini tövsiyə edirlər.

Bundan əlavə, tədqiqat zamanı alimlər şam yeməyi üçün uyğun vaxt təyin ediblər. Axşam saat 7-yə qədər şam yeməyinin edilməsi tövsiyə olunur. Axşam saat 10-dan sonra yemək yeyən insanlar daha çox 2-ci tip diabetin inkişaf riski ilə üzləşə bilərlər.

Risk səviyyəsi ilə gün ərzində qəbul edilən qidaların miqdarı arasında bir əlaqə də görülüb. Məlum olub ki, gündə 5+ dəfə qida qəbul edən şəxslərin şəkər xəstəliyinə tutulma riski daha azdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2139
avatar

Sevinc Fərid

Oxşar yazılar