Sosiska – həm böyüklərin, həm də uşaqların sevdiyi, tez və rahat hazırlanan bir qidadır. Lakin həkimlər xəbərdarlıq edir: bu məhsul o qədər də faydalı deyil və onunla həddən artıq qidalanmaq sağlamlığa zərər verə bilər. Bununla belə, sosiskanı tamamilə rasiondan çıxarmağa ehtiyac yoxdur – əsas odur ki, təhlükəsiz miqdarı bilmək lazımdır.
Lent.az düzgün miqdarı sizə təqdim edir:
Həftəlik neçə sosiska yemək olar?
Dietoloqların tövsiyəsinə əsasən, həftədə maksimum 150 qram sosiska yemək olar. Bu da təxminən 2-3 kiçik ölçülü sosiskaya bərabərdir.
Belə miqdar orqanizmə ciddi yük olmadan həzm olunur – əgər digər qidalar balanslıdırsa.
Artıq sosiska istehlakı nə ilə təhlükəlidir?
Sosiska tərkibində bunları daşıyır:
Çoxlu duz – bu, yüksək təzyiq (hipertoniya) riskini artırır;
Doymuş yağlar – ürək-damar sistemi üçün mənfi təsirlidir;
Natrium nitrit – məhsula çəhrayı rəng verir, lakin mütəmadi qəbulu potensial kanserogen (xərçəng yaradan) təsir göstərə bilər. Bundan başqa, ucuz sosiskalar tez-tez aşağı keyfiyyətli inqrediyentlərdən – ət qalığı, dəri, soya zülalı və digər əvəzedicilərdən hazırlanır. Bu isə məhsulun qida dəyərini aşağı salır.
Hansı sosiskaları seçmək lazımdır?
Ən təhlükəsiz sosiskalar – “ali növ” (высший сорт) sayılanlardır. Onların tərkibində azı 80% ət olmalıdır.
Seçim zamanı diqqət yetirin:
Natrium qlutamatı olmayan,
Əlavələr və konservantlar minimum olan,
Etiketində az və tanış tərkibli maddələr olan məhsullar daha keyfiyyətli sayılır.
Tövsiyə:
Sosiskanı hər gün yeməyin. Onu bol tərəvəzlə birlikdə, qızartmadan – qaynadaraq və ya sobada bişirərək istifadə etmək daha doğrudur.
Bu, həzm sisteminə olan mənfi təsiri azaltmağa kömək edəcək.