Qripi türkəçarə ilə sağaltmağın TƏHLÜKƏLƏRİ
19 oktyabr 2023 13:17 (UTC +04:00)

Qripi türkəçarə ilə sağaltmağın TƏHLÜKƏLƏRİ

Allerqoloq və immunoloq Yevgeniya Parşina qripi xalq müalicəsi ilə müalicə etməmək barədə xəbərdarlıq edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar tək zərər vermək yox, həm də əsas xəstəliyə yeni problemlər əlavə edə bilər.

Həkim bildirib ki, “qriplə bağlı təcrübə aparmaq son dərəcə təhlükəlidir və tövsiyə edilmir”. Mütəxəssis otların həlim, qarqara şəklində istifadəsinin, həmçinin bal, sarımsaq, moruq və soğanın istifadəsinə qarşı çıxış edib. Parşina mümkün allergiya və hətta anafilaktik şokun inkişaf riski barədə danışıb.

Allerqoloqun fikrincə, evdə inhalyasiya bronxial astma, krup, obstruktiv bronxit, göy öskürək və qızdırması olanlar üçün kontrendikedir.

Mürəbbə və ya bal ilə isti çay içməyə gəlincə, həkim hesab edir ki, bu, mədə-bağırsaq traktının selikli qişasının qıcıqlanması ilə nəticələnə, astrit və digər mədə problemlərini ağırlaşdıra bilər.

Həkim burun axmasının sarımsaq və soğan ilə qarşısının alınmasını qəti şəkildə inkar edir. “Bu cür istifadə prinsipi onların mikrobları, virusları və göbələkləri öldürən fitonsidlərlə zəngin olmasına əsaslanır. Amma bu cür maddələr viruslardan qorunmur”, - deyə izah edən mütəxəssis soğan və sarımsaqın burundakı selikli qişaların yanmasına və şişməsinə səbəb ola biləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3078
avatar

Fidan İlqar

Oxşar yazılar