Qoz-fındıq  çəki artımına səbəb olur – Açıqlandı
20 sentyabr 2023 10:15 (UTC +04:00)

Qoz-fındıq çəki artımına səbəb olur – Açıqlandı

Qidalanma mütəxəssisləri qoz-fındığın çəki artımına səbəb olacağını açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, şəkəri az olan qidalar sağlamlığı yaxşılaşdırmaq və çəkiyə nəzarət etmək istəyənlər üçün əsas məhsullardır.

Ancaq dietoloq Mari Sabat bununla bağlı başqa maraqlı faktı da açıqlayıb. Belə ki, şəkəri az olan qidalardan biri də qoz-fındıqdır. Lakin onun çox istifadəsinin də bel ətrafında piylənməyə səbəb olacağı bildirilib. Həmçinin, qoz-fındığın həddindən artıq çox istehlakı əlavə kalori ilə yanaşı, maddələr mübadiləsini də yavaşladır.

Qısacası, pəhrizinizin ümumi keyfiyyəti porsiyaya nəzarət, həyat seçimləri və aşağı şəkərli qidaların istifadəsindən asılıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3114

Oxşar yazılar