Həkimlər bir qaşıq vasitəsilə sağlamlığımız barədə məlumat toplamağın yollarını öyrədir.
Lent.az maraqlı metodu sizinlə bölüşür.
Səhər - səhər acqarına yemək qaşığını dilinizlə isladın. Sonra həmin qaşığı təmiz bir plastik torbanın içinə qoyub, bir neçə dəqiqə güclü işıq altında saxlayın.
5 dəqiqə sonra qaşığı çıxarın. Onun üzərində iz və pis iyi yoxdursa, bu daxili orqanların sağlam olmasından xəbər verir.
Qaşıqdan güclü çürük iyi gəlirsə, bu qaraciyər və mədə probleminə işarədir.
Qaşığın üzərində sarı izlər və acı bir iy öd kisənizin problemli olması anlamına gəlir.
Qaşıqdan şirin iy gəlirsə, diabet olma ehtimalınız var.
Qaşıqdan ammonyak iyi gəlirsə, bu böyrəklərdəki problemlərdən xəbər verir.
Qaşıqdakı ağ ləkələr nəfəs yolu, bənövşəyi ləkələr qan dövranı pozuqluğu və xolestrol çoxluğu, sarı ləkələr tiroid vəzinin problemlərindən xəbər verir.
Həkimə müraciət edin.