Qanı qatılaşdıran qidalar və içkilər
23 noyabr 2023 09:35 (UTC +04:00)

Qanı qatılaşdıran qidalar və içkilər

Mütəxəssislərin fikrincə, qanın qatılaşmasına səbəb olan içkilər və qidalar var.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dietoloq Mixail Ginzburk istehlakı qan laxtalarının əmələ gəlməsinə kömək edən lazımsız qidalardan danışıb.

O bildirib ki, qanın laxtalanması prosesi qan itkisinin qarşısını alır. Laxtalanma qabiliyyəti yüksəkdirsə, qan damarların divarlarına heç bir qüsur olmadan laxtalana bilər, trombozu təhrik edir.

Bununla bağlı o, insanlara gündəlik qida rasionunda daha diqqətli olmağı tövsiyə edib. Xəbərdarlıq edib ki, alkoqol eləcə də tərkibində çox miqdarda duz və şəkər olan içkilər, xüsusilə turşular, qablaşdırılmış şirələr və meyvə içkiləri qanı qatılaşdırır. Bundan əlavə, həkim şəkər tərkibli yeməkləri, sakatatları və paxlalıları təhlükəli qidalar adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13233
avatar

Fidan İlqar

Oxşar yazılar