Qan təzyiqini azaldan ÜÇ ÇAY NÖVÜ
23 dekabr 2023 11:16 (UTC +04:00)

Qan təzyiqini azaldan ÜÇ ÇAY NÖVÜ

Yüksək qan təzyiqi yaxud hipertoniya müxtəlif ürək-damar xəstəliklərinə, o cümlədən, insult və infarktlara səbəb ola bilər. İnsanlar həblərlə müalicə olunsa da, çaylar ürək-damar sağlamlığını yaxşılaşdırmağa qadirdir.

Lent.az xarici KİV-ə istinadən həmin çay növlərini təqdim edir:

Hibiskus çayı. Bu çay hibiskus çiçəyinin qurudulmuş ləçəklərindən hazırlanır. İçkinin tərkibində antosiyaninlər və polifenollar da daxil olmaqla, qan damarlarını rahatlaşdıran, eləcə də qan təzyiqini aşağı salan birləşmələr var. 2019-cu ildəki araşdırması göstərir ki, hibiskus çayının müntəzəm istehlakı nəzərəçarpacaq dərəcədə qan təzyiqini aşağı salan təsirlə əlaqələndirilir.

Yaşıl çay. Yaşıl çayın tərkibində müxtəlif sağlamlıq faydaları, o cümlədən qan təzyiqini aşağı salan katexinlər var. Araşdırma sübut edir ki, yaşıl çayın müntəzəm istehlakı qan təzyiqini aşağı salır.

Çobanyastığı çayı. Bu çay qurudulmuş çobanyastığı çiçəklərindən hazırlanır. İstirahət və stressi aradan qaldırmaq üçün istifadə olunur, bu da dolayı yolla qan təzyiqinə kömək edə bilər. Çayın tərkibində çoxlu faydalı birləşmələr var. Məlumata görə, çayın tərkibindəki antioksidant iltihab əleyhinədir, qaraciyəri qoruyur və qan təzyiqini tənzimləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9348
avatar

Fidan İlqar

Oxşar yazılar