Ürək-damar xəstəliklərinin qarşısını almaq və ömrü uzatmaq üçün daha çox hərəkət etmək vacibdir.
Lent.az “Rosbalt”a istinadən xəbər verir ki, bu barədə kardioloq Natalya Qavrilyuk danışıb. Onun sözlərinə görə, “məşqsiz fiziki fəaliyyət” termini tədricən müasir həyata daxil olur ki, bu da dik vəziyyətdə olan istənilən fəaliyyəti, o cümlədən yemək bişirmək, qab yumaq və digər ev işlərini nəzərdə tutur.
Qeyri-məşq fəaliyyəti xüsusi məşqlərdən başqa hər hansı fiziki fəaliyyətin məcmusudur. Məsələn, evdə hərəkət etmək, duruş dəyişdirmək, qısa məsafələrə getmək, yemək bişirmək, kiçik ev işləri. Mütəxəssis izah edir ki, insanlar bu hərəkətlərə gündə enerjilərinin 1/3-ə qədərini sərf edirlər.