Portağal qabığı ürək-damar sağlamlığının yaxşılaşdırılmasında əsas amil ola bilər.
Lent.az xəbər verir ki, bu Florida Universitetinin araşdırmalarına əsasən aşkarlanıb.
Məlum olub ki, portağal qabığı ekstraktı zərərli maddələrin istehsalını effektiv şəkildə boğur. Bundan əlavə, alimlər ekstraktda bu zərərli maddələrin istehsalına cavabdeh olan fermenti əhəmiyyətli dərəcədə maneə törədən “feruloylputrescine” adlı birləşməni müəyyən ediblər.
Həmçinin o da məlum olub ki, adətən sitrus meyvələri sənayesi tərəfindən tullantı kimi atılan portağal qabıqları qida əlavələri və ya qida maddələri kimi qiymətli, sağlamlığa kömək edən maddələrə çevrilə bilər.
"Tədqiqatımız bu bioaktiv birləşmələrlə zənginləşdirilmiş funksional qidaların inkişafı üçün yol açır, ürək sağlamlığını inkişaf etdirmək üçün yeni terapevtik strategiyalar təklif edir", - tədqiqat nümayəndələrindən biri bildirib.