Pis xatirələr yuxusuzluğa səbəb olur – ALİMLƏR
26 dekabr 2020 19:56 (UTC +04:00)

Pis xatirələr yuxusuzluğa səbəb olur – ALİMLƏR

Niderlandlı alimlər yuxusuzluğun daha bir səbəbinin pis xatirələr olduğunu müəyyənləşdiriblər. Məlum olub ki, pis xatirələri olan insanların böyük əksəriyyətinə yuxuya getmək kifayət qədər çəindir. Problem onunla izah olunur ki, məhz keyfiyyətli və sağlam yuxu xoşagəılməz xatirələrlə mübarizədə vasitə hesab edilir.

Lent.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, alimlər eksperiment çərçivəsində yuxu pozğunluğu olan 27 nəfəri, yuxusuzluqdan şikayəti olmayan 30 nəfəri dəvət ediblər. MRT-nin köməyi ilə beyinin fəallığını qeyd edərək insanlardan ən qaranlıq və xoşagəlməz xatirələrini bölüşmələri xahiş olunub. Ara.dırma göstərib ki, sağlam yuxusu olan insanlar mənfi kabusların təsirindən daha asan qurtulurlar. Həmçinin iştirakçılardan oxumaq və sonra öz oxuduqlarına qulaq asmaları xahiş olunub.

Müəyyən edilib ki, yuxu pozğunluğu olan insanlarda  həm də daha yüksək səviyyədə xəcalət hissi də var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2976
avatar

Oxşar yazılar