Dünyada təxminən 10 milyon parkinson xəstəsi var. Bəs, bu xəstəliyin qarşısını necə almaq olar, əlamətləri nələrdir?
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə türkiyəli həkim Yeşim Sücüllü Karadağ danışıb.
Onun sözlərin görə, xəstələr əsasən hərəkət azlığı, titrəmə kimi hallarda həkimə müraciət edir.
“Təbii ki, bunlar da simptomlar arasındadır. Ancaq bu şikayətlərdən illər əvvəl qəbizlik, qoxu pozğunluğu, ağrı, depressiya, yuxu problemləri və psixoloji pozğunluqlar da parkinson xəstəliyinin əlamətləri sayıla bilər”, -Karadağ bildirib.
Parkinson xəstəliyinin müalicəsi haqqında danışan Karadağ, xəstəliyin müalicəsinin simptomatik olduğunu deyib:
“Başqa sözlə desək, pasientlərimizin şikayətlərinə əsasən müalicə üsulları təqdim edirik. Əsasən bu gün istifadə etdiyimiz üsullar dərman müalicələridir. Hazırda xəstələrdə nasos müalicələrinə, yəni cihaz dəstəkli müalicələrə üstünlük verməyə başlayırıq”.
Həkim, həmçinin qeyd edib ki, bu xəstəliyin müalicəsi mümkündür. Diaqnoz nə qədər tez qoyularsa, düzgün müalicə tətbiq edilərsə, asanlıqla onu aradan qaldırmaq olar. Tibbi müalicə ilə yanaşı fiziki hərəkət, müntəzəm məşqlər və insanların özlərini formada saxlaması da əsas mühüm məsələlərdəndir.