Koronavirus pandemiyasının aparıcı peyvənd istehsalçılarından olan "Moderna" şirkətinin baş direktoru Stefan Bansel gələn ilin ortalarına qədər dünyada hər kəsi peyvəndləmək üçün kifayət qədər dozanın mövcud olacağını və koronavirusun normal qrip kimi bir xəstəliyə çevriləcəyini bildirib.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Stefan Bansel peyvənd istehsalının artması qlobal tədarükü qarşıladığı üçün pandemiyanın bir il ərzində bitəcəyini proqnozlaşdırıb. Bansel onu da deyib ki, pandemiyanın başlanğıcında ilk doza yaşlı və riskli xəstələrə vurulurdusa, indi hətta körpələr belə qısa müddətdə peyvəndlənəcək.
"Delta variantı çox yoluxucu olduğu üçün peyvənd olunmayanların təbii olaraq immuniteti artacaq. Bu yolla infeksiya qripə bənzər bir vəziyyətə düşəcək. Ya peyvənd olub yaxşı bir qış keçirəcəksiniz, ya da xəstələnib xəstəxanalara düşəcəksiniz. Məncə, bu gündən etibarən, bir ildən sonra vəziyyət yaxşıya doğru gedəcək”.