Oturaq işin  sağlamlıq üçün riskləri
16 yanvar 2023 18:53 (UTC +04:00)

Oturaq işin sağlamlıq üçün riskləri

İnsan oturaq həyat tərzi keçirərkən ayaq əzələlərini işlətmir və bu sağlamlığa ciddi zərbə  vurur.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Kolumbiya Universitetinin alimləri bildiriblər ki, oturaq iş rejimində olanlar hər yarım saatdan bir kiçik gəzintilər üçün ayağa qalxmalıdırlar. Bu ayaq əzələlərinin zəifləməsinin qarşısını ala bilər.

“Günün çox hissəsini oturmaq məcburiyyətində qalanlara yerimək və ya oturuş qaydasını dəyişmək, masa başında ayaqları yüngül gimnastika etdirmək, ayaq pəncələrini oynatmaq, tövsiyə olunur. Hərəkət qanda şəkərin səviyyəsini qaydaya salır. Əgər ayaq əzələlərini işlətməsək, qanda şəkərin səviyyəsi arzuolunmaz səviyyəyə qalxır. Ayaq hərəkətləri qan dövranını normallaşdırır”,-  mütəxəssislər qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar