Düzgün qidalanma bədəni xəstəliklərdən qoruya və ömrün uzamasına kömək edə bilər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə həkim Oksana Xamitseva danışıb.
Həkim ömrü uzadan qidaları sadalayıb. Onun sözlərinə görə, yaşıl qarabaşaq yarması çox faydalıdır. O, ürək və qan damarlarını gücləndirən, ətraf mühitin mənfi amillərindən qoruyan və xərçəngə tutulma riskini azaldan vitamin və minerallarla, çoxlu miqdarda flavonoidlərlə zəngindir.
Qaraciyər hüceyrələrini, hormon sintez proseslərini dəstəkləyən və xolesterin lövhələrinin əmələ gəlməsinin qarşısını alan çoxlu omeqa-3 yağ turşularını ehtiva edən balıq və dəniz məhsulları da pəhrizinizə daxil edilməlidir.
Tərkibində E, A, D, K vitaminləri, eləcə də antioksidanlar olan zeytun yağı da faydalıdır. Vitamin və minerallarla zəngin olan, həzmi, bağırsaq mikrobiotasını normallaşdıran, orqanizmi toksinlərdən təmizləyən liflə zəngin olan təzə göyərtilər də yeməlisiniz.
Nəhayət, həkim super qidalar siyahısına xüsusilə qoz, fındıq, anakardiya, badam, zülal, B vitaminləri, omeqa-3 poli doymamış yağ turşuları, antioksidantlarla zəngin olan Braziliya qozunu daxil edib. Bunlar qanda xolesterinin səviyyəsini normallaşdırır, sinir toxumasını bərpa edir, antioksidant və antitümör xüsusiyyətlərə malikdir.