Omletə bu qidaları əlavə etməyin! - KÖKƏLMƏ RİSKİ VAR
31 oktyabr 2023 09:56 (UTC +04:00)

Omletə bu qidaları əlavə etməyin! - KÖKƏLMƏ RİSKİ VAR

Yumurta sağlam pəhrizin mühüm tərkib hissəsidir və hətta qızardılmış halda da pəhriz yeməyi olaraq qalır. Bununla belə elə qidalar var ki, arıqlamaq istəyirsinizsə, omletə qarışdırmamalısınız.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dietoloq Nahid Əlinin fikrincə, omletə qatı qaymaq və donuz parçaları əlavə etmək olmaz:

"Onların tərkibində xeyli miqdarda doymuş yağ və kalori var. Buna görə də pəhriz qidası sayılmır. Əksinə, bu yeməyi müntəzəm olaraq səhər yeməyində yeyirsinizsə, kökəlmə riski var.

Bundan əlavə, donuzda natrium və konservantlar var ki, bu da kilo almağa kömək edə bilər. Bişmiş yumurtada bu komponentləri daha sağlam qidalarla əvəz etmək daha yaxşıdır: tərəvəz və az yağlı qatıq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763
avatar

Fidan İlqar

Oxşar yazılar