“Omicron ştamı “Delta”dan daha yoluxucu ola bilər”.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Maria van Kerxove brifinqdə bildirib.
O bildirib ki, təşkilat tərəfindən müxtəlif ssenarilər nəzərdən keçirilir: “Bu, hələ başlanğıc olsa da, çox şey bilmirik. Yoluxma ilə bağlı bütün məlumatlara sahib olana qədər, onun daha yoluxucu olub-olmaması aydın olacaq. Bunula bağlı bir neçə günə məlumat açıqlanacaq”.
Kerxove əlavə edib ki, xəstəliyin gedişatının şiddəti ilə bağlı hələlik dəqiq bir şey söyləmək çətindir: “Xəstəxanaya yerləşdirilənlərin sayı artır. Hələlik “Delta” ştamına qarşı əvvəllər görülən eyni tədbirlər görülməlidir”.
Qeyd edək ki, ÜST-nin məlumatına görə, Omicron ştammı azı 23 ölkədə aşkar edilib. Təşkilat rəhbərinin sözlərinə görə, bu rəqəm yaxın gələcəkdə artacaq.
Bu arada Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələri Omicron ştammına qarşı məhdudiyyətlərin tətbiqinə hazırlaşmağa çağırıb.