Obsesiv-kompulsiv pozuntu:  Ondan necə qurtulmalı?- Psixoloq danışır
14 iyun 2021 13:00 (UTC +04:00)

Obsesiv-kompulsiv pozuntu: Ondan necə qurtulmalı?- Psixoloq danışır

Təmizliyinə görə narahat olan biri tez-tez əllərini yuyur, xəstəliyinə görə narahat olan çoxlu həkim gəzir, qazı işığı söndürmədiyindən narahat olan adam təkrar-təkrar evə gedərək hər şeyi kontrol edir və s. Bütün bunlar mənasız şeylərdir. Bəs yaxşı, bu insanlar niyə belə edirlər? Bu nəyin əlamətidir?

Köhnə adı ilə sarışan hallar nevrozu adlanan bu xəstəlik əsasən beyinə müxtəlif istənməyən fikirlərin gəlməsi və təkrarlanan hərəkətlərin edilməsi özünün göstərir. Söhbət obsessiv- kompulsif pozulması xəstəliyindən gedir. Obsesiv-kompulsiv pozuntu çox rast gəlinən bir haldır.

Bəs, ondan necə qurtulmaq olar?

Lent.az xəbər verir ki, psixoloq Fuad Əsədov bu xəstəliyin öhdəsindən gəlməyin yeganə üsulundan danışıb.

“Hər kəsdə müəyyən qədər kompulsiya var. Məsələn, çoxunuz həyəcanlananda yerində sakit otura bilmir ya da pis bir şey eşidəndə qulağını çəkir. Çünki, əks halda nəsə narahat hiss edirsiniz. Amma obsesiyanı gücləndirən də elə kompulsiyalardı. Daha sadə deyim. Narahat edici fikirlərinizi gücləndirən, onlardan qurtulmaq üçün etdiklərinizdi.

Amma etməli olduğunuz şey narahatlığı qəbul etməkdir. Sıxıntının içində qalın və həyəcanın ən üst səviyyəyə çatmasına icazə verin. Bir müddət sonra kompulsiyalar azalmağa başlayacaq və özünüzü daha rahat hiss edəcəksiniz. Bu saatlarla sürə bilər, amma bu nöqtədən sonra obsesiyanız sağalacaq. Obsesiyanız başlayanda onu susdurmağa çalışmayın. Rahatlamağa və qaranti əldə etməyə çalışmayın. Təbii ki, bu sizi narahat edəcək. Amma özünüzü buna məcbur edin. Elə bir an gələcək ki, artıq dayana bilmədiyinizi düşünəcəksiniz və vəziyyəti kontrol altına almaq istəyəcəksiniz. Amma etməyin. Əksinə hər bir dəqiqədən bir narahatçılıq səviyyənizi 10 üzərindən dəyərləndirin. Bunu etdinizsə, deməli siz qazandınız. Və artıq obsesiv kompulsiv pozuntudan əziyyət çəkmirsiniz”.

Obsessiv Kompulsiv Pozuntunun müalicəsi varmı?

Obsessiv-kompulsiv pozuntu (Sarışan hallar nevrozu) bəzən kronik hala keçsə də, bir çox insan bu xəstəlikdən tam olaraq qurtulur. Müasir müalicə yanaşması dərmanla və ya psixoterapiya ilədir, kronik hala keçən xəstələrdə isə həm dərman, həm də psixoterapiya birgə həyata keçirilir.

Cinsiyyətindən, sosiyal vəziyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq, hər kəsdə bu xəstəlik görülə bilər. Dünya Səhiyyə təşkilatının verdiyi məlumata əsasən hər 1000 nəfərdən 12-si bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da təxminən 12000-ə yaxın insan bu xəstəliklə mübarizə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5052
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar