Nəbziniz belə atırsa, bu TƏHLÜKƏ SİQNALIDIR
13 avqust 2022 19:22 (UTC +04:00)

Nəbziniz belə atırsa, bu TƏHLÜKƏ SİQNALIDIR

Əgər nəbziniz dəqiqədə 120-dən çox və ya 40 zərbədən az atarsa, bu qorxulu ürək xəstəliklərinin xəbərçisi ola bilər. Əslində belə nəbz yalnız ürək deyil, digər orqanların da xəstəliklərindən xəbər verir.

Lent.az xəbər verir ki, bu fikri 50 illik iş stajına malik kardioloq, tibb elmləri dotoru Yuri Belenkov səsləndirib.

“İnsanın nəbzi həyəcanlı olanda artır. Məsələn, hər hansı bir görüşdən öncə. Dəqiqədə 110-120 nəbz vurğusu qorxulu deyil, lakin bu hal uzun müddət davam edirsə, deyəq ki, gün ərzində və ya insan dincəlmək istədikdə nəbz sayı azalmırsa bu hansısa problemin göstəricisidir. Məhz hansı xəstəlik, bunu demək çətindir. Qalxanabənzər vəzin uzun müddətli xroniki problemləri, hiperfunksiyaya malik olması ürək döyüntülərində sürətlənməyə, sancılara, yorulmalara səbəb olur. Bu yalnız bir nümunədir. Miokard infarktı, ürək çatışmazlığında da biz nəbzin qeyri sabit atmasının şahidi oluruq.Nəbz diaqnoz deyil, simptomlardan biridir”,- deyən professor əlavə edib ki, zəif nəbz vurğuları da  xoşagəlməz xəstəliklərin  problemlərin xəbərçisidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2493
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar