Nahardan sonra yatmaq OLMAZ  - SƏBƏBİ
16 sentyabr 2023 11:24 (UTC +04:00)

Nahardan sonra yatmaq OLMAZ - SƏBƏBİ

0

Həkim nahardan sonra uzanmağın təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, endokrinoloq Zuxra Pavlova nahardan sonra uzanıb yatmaq vərdişinin hiatal yırtığın inkişafına gətirib çıxardığını bildirib. 

Onun sözlərinə görə, nahardan sonra uzanmaq qəti qadağandır:

“Bu yolla biz hiatal yırtıq kimi xoşagəlməz bir hadisəni yaxınlaşdırırıq. Bu o deməkdir ki, qida borusunun aşağı və mədənin yuxarı hissələri diafraqmanın üstündən döş qəfəsinə keçə bilər”.

Endokrinoloqun sözlərinə görə, yırtıq ürək yanması, gəyirmə, hıçqırıq, qusma, döş qəfəsində ağrı, taxikardiya, ürəkdə ağrı, nəfəs darlığı, öskürək, yeməkdən sonra dərinin göyərməsi (siyanoz) və disfagiya (yemək yeməyə başlayanda udma çətinliyi) ola bilər. Bundan əlavə, o, hiatal yırtıq meydana gəldiyi zaman yaxınlıqdakı vagus sinirinin də təsirləndiyini deyib.

O bildirib ki, yaş artdıqca orqanizmin hüceyrələri elastikliyini itirir və yırtıq əmələ gəlməsi asanlaşır. Nahardan sonra endokrinoloq yeməkdən yalnız iki saat yarım sonra uzanıb yatmağı təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2659

Oxşar yazılar