Mutasiyaya uğramış koronavirusun gizli təhlükəsi - Azərbaycanlı alim
25 yanvar 2021 13:07 (UTC +04:00)

Mutasiyaya uğramış koronavirusun gizli təhlükəsi - Azərbaycanlı alim

“Sürətlə yayıldığı bildirilən mutasiyaya uğramış koronavirusun söylənənlərin əksinə olaraq, daha yüngül keçirilməsi mümkün ola bilər”.

Bunu APA-ya Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O qeyd edib ki, bir sıra ölkələrdə sürətlə yayılmağa başlayan koronavirusun mutasiyası ilə bağlı son elmi tədqiqatlar aparılıb: "Tədqiqatlar nəticəsində virusun mutasiyaya uğramış formasının yoluxdurma əmsalının SARS-CoV-2-in yoluxdurma əmsalından 35 % daha böyük olduğu məlum olub. Eyni zamanda, mutasiya olunmuş viruslu xəstənin ətrafındakıları yoluxdurma faizi 15 faizdir".

Azərbaycanlı alim bildirib ki, aparılan ən böyük dörd tədqiqatla virusun mutasiyasının SARS-CoV-2-dən daha sürətlə yayılması təsdiqlənib və onun səbəbləri araşdırılır: "İlkin fərziyyələrə görə, virusun insan orqanizmindən xaric olması, onun zərərsizləşdirilməsi və məhv edilməsi prosesi daha uzun çəkir. Buna görə də müddətin uzanması xəstənin daha çox insanı qısa zaman ərzində yoluxdurmasına gətirib çıxarır. Amma tədqiqatlarda bu, tam təsdiq edilməyib və bunun virusun daha sürətlə yayılmasının səbəbi olmadığı göstərilib".

"Digər elmi iddialardan biri isə virusun mutasiyasına yoluxan şəxslərin xəstəliyi simptomsuz keçirməsi infeksiyanın sürətlə yayılmasına gətirib çıxaran əsas amillərdən biridir. Ola bilər ki, mutasiyaya yoluxmuş şəxslərin əksəriyyəti xəstəliyi simptomsuz keçirir deyə o, yoluxduğundan xəbərsiz olur və gündəlik həyat tərzinə davam edir, canlı ünsiyyət isə digər insanların da yoluxmasına səbəb olur. Beləliklə, virusun mutasiyası sürətli və geniş yayılmaqda davam edir. Bu istiqamətdə olan tədqiqatlar hələ davam edir", - deyə azərbaycanlı alim bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3159
avatar

Oxşar yazılar