"Menopoz zamanı ilk 5 il çox önəmlidir" - HƏKİM
09 oktyabr 2023 17:13 (UTC +04:00)

"Menopoz zamanı ilk 5 il çox önəmlidir" - HƏKİM

Menopoz qadınların həyatında ən xüsusi dövrlərdən biridir. Bu proses zamanı qadınların orqanizmində hormonların təsirindən çox fərqliliklər yarana bilər. Qadınlarda xüsusilə menopoz zamanı hormonal sistem dəyişdikcə sümük quruluşu da dəyişir. Bunlardan biri diz ağrısıdır. Mütəxəssislər postmenopozal dövrdə başlayan diz, sümük və oynaq ağrılarının gecikmədən diqqətdə saxlanılmasını tövsiyə edirlər. Əks halda, diz ağrısı qalıcı ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə travmatoloq Tuğrul Ergün danışıb.

Onun sözlərinə görə, bu dövrdə əzələ gücü və funksiyası azalır, sümüklər və oynaqlar daha çox yüklənir və nəticədə ağrılar yaranır:

“Bundan əlavə, fərdlərin hormon balansı və bədən çəkiləri tez-tez artır. Bu da diz oynağının yükünü və ağrı səviyyəsini artırır. Qadınların sümüklərində minerallar daha az olur. Klimaks dövründə mineral itkisi də artır. Bundan əlavə, bu prosesdə estrogen səviyyəsi azalır. Bu, osteoporoz riskini artırır və oynaqlarda ağrılara səbəb olur”.

Həkim belə zamanda edilməsi lazım olan bir neçə tövsiyə verib:

Diz ağrısı ilə birlikdə sümük sağlamlığına heç bir maneə yoxdursa, idman proqramına başlamaq lazımdır.

Kofein istehlakının aşağı salınması kalsium səviyyəsinin azalmasının qarşısını alacaq.

Siqaretdən və spirtli içkilərdən imtina etmək lazımdır.

Təzə və üzvi qidalardan istifadə edin.

Bu müddətdə müntəzəm ginekoloji müayinələrlə yanaşı, revmatoloji, ortopediya, qidalanma, nevrologiya və fizioterapiya mütəxəssislərindən dəstək almağa ehtiyac var.

Dr. Ergün klimaks dövründə xüsusilə ilk 5 ilin əhəmiyyətli olduğunu vurğylayıb:

“İlk 5 ildə lazımi tədbirlər alınmazsa, sürətlə osteoporoz baş verə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3057
avatar

Fidan İlqar

Oxşar yazılar