Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus EG.5-in omikron ştammının yeni variantının dünyada sürətlə yayıldığını bildirib.
Lent.az xəbər verir ki, bu barədə qurumun saytında dərc olunan hesabatda deyilir.
Sənəddə bildirilir ki, EG.5 XBB.1.9.2-nin nəslindəndir və XBB.1.5 ilə eyni amin turşusu profilinə malikdir. EG.5 valideyn XBB.1.9.2 ilə müqayisədə sünbül zülalında əlavə f456l amin turşusu mutasiyasını daşıyır. İlk dəfə 17 fevral 2023-cü ildə qeydə alınıb.
İyul ayında ÜST risk qiymətləndirməsinə əsaslanaraq, bu variantı və onun nəsillərini maraq dairəsi kimi müəyyən edib. Avqustun 7-nə 51 ölkədən 7354 EG.5 ardıcıllığı təqdim olunub. Ardıcıllığın ən böyük hissəsi Çindədir (30,6%).
“Dünyada bildirilən halların nisbətində davamlı artım var. 29-cu epidemioloji həftədə (17-23 iyul 2023-cü il) EG.5-in qlobal yayılması 17,4% təşkil edib. Bu, EG.5-in qlobal yayılmasının 7,6% olduğu dörd həftə əvvəl (25-ci həftə, 19-25 iyun 2023-cü il) bildirilən məlumatlardan nəzərəçarpacaq artımdır”, - ÜST-ün hesabatında vurğulanır.
ÜST-nin hesablamalarına görə, yayılmasına baxmayaraq, əhali üçün EG.5 riski hələ də aşağı hesab olunur.