Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 96 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 830 531 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 851nəfər müalicə olunaraq sağalıb, 10 199 nəfər vəfat edib, aktiv xəstə sayı 481 nəfərdir.
Ölkədə son sutka ərzində 1 548, hazırkı dövrədək isə 7 572 070 test aparılıb.