Koronavirusa yoluxmamaq üçün  YENİ ÜSUL
30 oktyabr 2023 19:49 (UTC +04:00)

Koronavirusa yoluxmamaq üçün YENİ ÜSUL

Yaponiyanın Tsukuba Universitetinin alimləri müəyyən ediblər ki, bir sıra ehtiyat tədbirlərinin görülməsi COVID-19-a yoluxma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu kontekstdə vacib tədbirlər bunlardır: yoluxmuş şəxslə təmasda olduqdan sonra beş saniyə nəfəsinizi tutmaq, ən azı bir metr məsafə saxlamaq və küləkli tərəfdə qalmaq.

COVID-19 hallarının artması fonunda alimlər virusun havadakı aerozol hissəcikləri vasitəsilə ötürülməsi üçün risk faktorları ilə bağlı araşdırma aparıblar. Virusun əsas ötürülmə yolunun aerozol olduğunu nəzərə alsaq, bu ehtiyat tədbirlərinə əməl olunması infeksiyanın qarşısının alınmasında mühüm rol oynaya bilər.

Təcrübə ağızdan aerozol hissəcikləri çıxaran cihazla manekenin hərəkət etdirilməsi ilə bağlı simulyasiyadan ibarət idi. Havadakı aerozol hissəciklərinin sayı müxtəlif vaxt intervallarında ölçülüb. Alimlər həmçinin ventilyasiya olan və olmayan nəticələri müqayisə ediblər.

Məlum olub ki, aerozol hissəciklərinin maksimum konsentrasiyası bütün nəzərdən keçirilən ssenarilərdə ilk beş saniyə ərzində əldə edilib, sonra isə kəskin şəkildə azalıb. Bundan əlavə, kuklanın sürəti nə qədər yüksək olarsa, pik konsentrasiyada bir o qədər az aerozol hissəcikləri aşkar edilib.

"Biz müəyyən etdik ki, beş saniyəlik təhlükəsizlik tədbirlərinə riayət etmək yoluxma riskini əhəmiyyətli dərəcədə azaldır. Müxtəlif situasiyalarda elmi sübutlara əsaslanan profilaktik tədbirlərə riayət etməyi tövsiyə edirik", - tədqiqatın müəlliflərindən biri olan professor Takeşi Asai bildirib.

Beləliklə, bu nəticələrə əsaslanaraq, tədqiqatçılar qeyd olunan ehtiyat tədbirlərinin COVID-19-a yoluxma riskini azaltmaqda təsirli olduğu qənaətinə gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3150
avatar

Fidan İlqar

Oxşar yazılar