Koronavirus ağız boşluğuna da zərər vurur -  ARAŞDIRMA
14 yanvar 2021 16:21 (UTC +04:00)

Koronavirus ağız boşluğuna da zərər vurur - ARAŞDIRMA

Yeni növ koronavirus infeksiyasının (COVID-19) ağız boşluğunda da problemlər yaratması müəyyənləşib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislərin apardığı araşdırmanın nəticələrinə görə, infeksiya daha çox ağız boşluğu vasitəsilə keçdiyi üçün dil, damaq, diş əti və yanaqlarda yaralara səbəb ola bilər.

Araşdırmada 64 nəfər iştirak edib. Onlardan 23-nün dilində, 20-nin yanaqlarında, 11-nin diş ətlərində, 4-nün damaqlarında yaralar müəyyən olunub. Geridə qalan 16 nəfərdə isə ağızda yaralara rast gəlinməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2664
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar