Kişilərin  sürətlə keçəlləşməsinin   ƏSAS SƏBƏBİ
31 oktyabr 2023 15:17 (UTC +04:00)

Kişilərin sürətlə keçəlləşməsinin ƏSAS SƏBƏBİ

Alimlər kişilərdə keçəlləşməni sürətləndirən amil aşkar ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatda 18-45 yaş arası 1028 kişinin həyat tərzini təhlil edilib.

Müəyyən edilib ki, şirinləşdirilmiş içkilər qəbul edənlərdə alopesiya, yəni saç tökülməsi sürətlənir. Lakin maraqlı nəticələrə baxmayaraq, bu kəşf alimlər arasında canlı müzakirələrə səbəb olub. Amerikalı dermatologiya professoru Syuzan Massik kişilərdə keçəlləşmə prosesinə təsir edən bir çox amillərə işarə edərək, tələsik nəticələrə gəlməmək barədə xəbərdarlıq edir.

Əslində, saç tökülməsinin əsas səbəbi pəhriz, ümumi sağlamlıq və genetik meyl kimi amillərin kompleksidir. Buna görə də, saç tökülməsi riski çoxşaxəlidir.

Sağlam saçları saxlamaq üçün məsləhətlər:

Düzgün qidalanma: Meyvə, tərəvəz və zülalla zəngin qidalar da daxil olmaqla balanslaşdırılmış qidalanma saçları sağlam və güclü saxlaya bilər.

Stressin idarə edilməsi: Stress saç tökülməsinə töhfə verən amil ola bilər, buna görə də istirahət və meditasiya təcrübəsi ilə onu idarə etməyi öyrənmək vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3894
avatar

Fidan İlqar

Oxşar yazılar