Kişilərin DİQQƏTİNƏ: Tezliklə  impotensiya olacağınızın   dörd ƏLAMƏTİ
30 sentyabr 2023 09:09 (UTC +04:00)

Kişilərin DİQQƏTİNƏ: Tezliklə impotensiya olacağınızın dörd ƏLAMƏTİ

Uroloq-androloq Yevgeni Votyakov bildirib ki, orqanizmdən  gələn ən azı dörd həyəcan siqnalı kişini qaçılmaz impotensiya ilə təhdid etdiyini göstərə bilər. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, həmin əlamətləri açıqlayıb.

Votyakovun fikrincə,  impotensiyanın ilk əlamətini cinsi əlaqə zamanı ereksiyanın vaxtaşırı və ya daimi yoxa çıxmasıdır. “Penis sadəcə daha az sıxlaşa bilər və zaman keçdikcə ereksiya tamamilə yox olmağa başlayır. Kişinin həyəcanlı olub-olmamasının heç bir əhəmiyyəti yoxdur”, - həkim vurğulayıb.

Həkim qeyd edib ki, potensialla bağlı gələcək problemlər səhər və axşam spontan ereksiyanın yox olması ilə özünü göstərə bilər. Onun sözlərinə görə, xəstəlik üzvi xarakter daşıyırsa, hətta səhər yuxudan oyanmaq kimi tipik vəziyyətlərdə də impotensiya tədricən inkişaf edir.

Həmçinin, Votyakovun qeyd etdiyi kimi, qaçılmaz impotensiya çox sürətli boşalma ilə özünü göstərə bilər ki, bu da cinsi əlaqə müddətinin azalmasına və tərəfdaşın qarşısında utancaqlığa və ehtirasın ümumi azalmasına səbəb olur.

“Kişi partnyoruna romantik hisslər bəsləsə belə, cinsi əlaqə istəyini dayandırır. Kişi texniki olaraq orqazma çatsa belə, cinsi əlaqə hissləri də daha az intensivləşir. Eyni zamanda, cinsi əlaqədən imtina etmək onun özündən razı qalmasına mane olmur, üstəlik, bu vəziyyətdə ereksiya çox vaxt daha güclü və uzunmüddətli olur”, - Votyakov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4882

Oxşar yazılar