İsti havada hansı  spirtli içki içmək   daha yaxşıdır?
04 iyun 2022 14:04 (UTC +04:00)

İsti havada hansı spirtli içki içmək daha yaxşıdır?

Rusiya Səhiyyə Nazirliyinin və Moskva Səhiyyə Departamentinin ştatdankənar baş psixiatr-narkoloqu Yevgeni Bryun bildirib ki, istidə limonlu suda sərinləşdirilən quru ağ şərab içmək daha yaxşıdır.

“Nə qədər çox spirt içsək, bədənimizə bir o qədər çox zərər veririk. Əlavə müxtəlif komponentlərə gəldikdə - şərab, pivə, güclü içkilərdir - ən az zərərli isə quru ağ şərabdır”, - Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, spirtli içkilər orqanizmə zərər verir, qaraciyər və ürək-damar sisteminə əlavə yük qoyur. Eyni zamanda, istidə limonlu quru ağ şərab susuzluğu yatıra, su və duz balansını doldura bilər.

Eyni zamanda, psixiatr-narkoloq sərinləşdirici içkilərə üstünlük verməyi tövsiyə edir: su və ya bitki çayı.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2643
avatar

Oxşar yazılar