İştahı idarə edən beyin hüceyrələri kəşf edildi
04 yanvar 2024 06:54 (UTC +04:00)

İştahı idarə edən beyin hüceyrələri kəşf edildi

Yeməkdən sonra leptin və insulin səviyyəsi artır, bu da hipotalamusa (Hipotalamus bütün onurğalılarda mövcuddur. İnsanda bu orqan badam şəklindədir. Beyin mərkəzləri arasında rabitə yaradır. Bədən tempraturunu,periferik sinir sistemini və hipofizin işləməsini idarə edir. Susuzluq, aclıq hisslərinin mərkəzi olub bədən istiliyini və qan təzyiqini tənzimləyir) təsir edir və aclığı azaldır. Bununla belə, iştahınızı başqa bir şəkildə - dadbilmə reseptorları vasitəsilə tənzimləyə bilərsiniz.

Lent.az xəbər verir ki, alimlərin fikrincə, tanisitlər beyində üçüncü mədəciyin dibini örtən hüceyrələrdir. Onlar dildən məlumat alır və hipotalamusa ötürürlər. Əvvəllər bu hüceyrələrin yalnız şirin dada təsir etdiyinə inanılırdı. Bununla birlikdə, Uorik Universitetinin alimlərinin yeni işi göstərdi ki, onlar da umamiyə - amin turşularının olması ilə əlaqəli məşhur "beşinci dad"a cavab verirlər.

Təcrübələr zamanı alimlər tanisitlərin güclü və sürətli reaksiyasını təmin edən amin turşuları əlavə ediblər. ScienceDaily xəbər verir ki, cəmi 30 saniyə ərzində hüceyrələr onları tanıyıb və hipotalamusa məlumat ötürüblər.

Beləliklə, təcrübə göstərib ki, yeməkdən sonra beyində olan amin turşularının səviyyəsi toxluq hissini ötürməkdə mühüm rol oynayır. Bu, çəkiyə nəzarətin yeni üsullarının inkişafı üçün əsas ola bilər.

Məqsəd iştahı azaltmaq və həddindən artıq yeməkdən qorumaqdırsa, o zaman yüksək proteinli pəhrizlərə diqqət yetirmək lazımdır. Amin turşuları əksər heyvan mənşəli məhsullarda (mal əti, donuz əti, hinduşka, yağlı balıq), həmçinin mərcimək, avokado və buğdada olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561
avatar

Oxşar yazılar