İnsult və infarkt üçün yeni RİSK
15 iyun 2023 05:45 (UTC +04:00)

İnsult və infarkt üçün yeni RİSK

Orhus Universitetinin alimləri müəyyən ediblər ki, miqrendən əziyyət çəkən kişi və qadınların işemik insult riski artır.

Lent.az Gazeta.ru-ya istinadən xəbər verir ki, araşdırma "PLOS Medicine" jurnalında dərc olunub.

Müəlliflər 1996-2018-ci illərdə toplanmış 18-60 yaşlı danimarkalıların tibbi qeydlərindən istifadə ediblər. Reseptli dərman qeydlərinə əsasən miqrenli kişi və qadınları müəyyən etdilər.

Əvvəlki araşdırmaların əksinə olaraq, təhlillər göstərdi ki, miqrenli həm kişilər, həm də qadınlarda işemik insult riski eyni dərəcədə artıb. Bununla belə, miqrenli qadınlarda miqrenli kişilərlə və ümumi əhali ilə müqayisədə infarkt və hemorragik insult riski daha yüksəkdir.

Araşdırmalar qadınların miqrendən daha çox təsirləndiyini göstərir. Bundan əlavə, ən çox miqren diaqnozu qoyulan qadınlardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614
avatar

Oxşar yazılar