Həkimlər Çinin Kunminq şəhər sakininin gözündən 60 canlı parazit qurd çıxarıblar.
Lent.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Nəşrin jurnalistləri qadının gözünü qaşıdıqdan və içindən canlı qurd düşdükdən sonra xəstəxanaya getməsinə aydınlıq gətirib. Əməliyyat zamanı göz almaları və göz qapaqları arasındakı boşluğu onlarla parazitin tutduğu üzə çıxıb. Ümumilikdə həkimlər sağ gözdən 50, sol gözdən 10 qurd çıxarıblar.
Aşkar edilmiş bütün onurğasızlar Filarioidea cinsə aid olub. Onlar adətən Afrikada, eləcə də Cənubi Asiyanın bəzi ərazilərində yaşayan və həşəratlar tərəfindən yayılan dəyirmi qurdlardır. Lakin xəstə iddia edir ki, infeksiya ev heyvanlarından baş verib. Onun versiyasına görə, o, ev heyvanlarını sığallayıb, sonra əllərini yumadan gözlərinə toxunub.