Qəhvə dünyada ən çox istifadə olunan içkilərdən biridir. Hazır qəhvə isə populyar seçimlərdən biridir. Toz halına salınmış, dənəvərləşdirilmiş, dondurulmuş və qurudulmuş qəhvələr ucuzluğu, həmçinin asan hazırlanması baxımından məşhurdur. Ancaq hazır qəhvələrin bir sıra zərərləri var.
Lent.az xəbər verir ki, bu barədə "UNIAN" məlumat yayıb.
Belə ki, hazır qəhvənin əsas çatışmazlığı ürək-damar xəstəlikləri və sinir sisteminin pozulması riskini artıran yüksək kofein, həmçinin dadını və aromasını dəstəkləyən zərərli əlavələrdir.
Hər gün hazır qəhvə içirsinizsə, bu, zehni asılılığa və yüksək təzyiqə səbəb ola bilər. Həmçinin mədə, diş problemlərinə və sümüklərin sızıldamasına gətirib çıxara bilər.
Amm bu hazır qəhvə istehlakının qəti qadağan olduğu mənasını vermir. Bir fincan hazır qəhvə bəzən enerjinizi artıra, həmçinin bədəndəki artıq sudan qurtulmağa kömək edir.