Rebekka Vays COSO, yəni kişi yumurtalıqları üçün vanna adlı yeni cihaz hazırlayıb. Cihaz qadınların hamiləlikdən qorunması üçün nəzərdə tutulub.
Lent.az-ın məlumatına görə, Vaysın bu cihazı ultrasəs vasitəsilə spermaları fəaliyyətsizləşdirir.
Vanna qəbulundan 2 həftə sonra, spermalar 2 ay müddətinə öz məhsuldarlıqlarını itirirlər.
Vays bu cihazı hamiləlikdən qorunmaq üçün içdiyi hormonal preparatlar nəticəsində bətnində yaranmış xərçəng xəstəliyindən sonra icad edib.
Kişilər isə bu cihazdan istifadəyə o qədər də meyilli deyillər. İxtiraçı hər nə qədər USM-in orqanizmə zərərsiz olduğunu iddia etsə də, “yumurtalıqlar üçün vanna” cihazı kişiləri qorxudur.