Halsızlıq və yorğunluqdan əziyyət çəkirsinizsə, bədəninizdə bu maddə çoxluq təşkil edir
06 mart 2023 14:15 (UTC +04:00)

Halsızlıq və yorğunluqdan əziyyət çəkirsinizsə, bədəninizdə bu maddə çoxluq təşkil edir

Bulantı və qusmadan, eyni zamanda iştahsızlıq, halsızlıq və yorğunluqdan əziyyət çəkirsinizsə bu orqanizmdə yüksək kreatinin olmasından xəbər verə bilər.

Lent.az-ın xəbərinə görə, bədənində kreatin səviyyəsi yüksək olan insanların əllərində və ayaqlarında şişlik, qabarma müşahidə olunur. Bundan əlavə, beynin qavrama funksiyasında müəyyən dəyişikliklər yaşanarkən, sidik miqdarında artım və ya azalma ola bilər.

Əzələ hüceyrələrimizdə baş verən bəzi dəyişikliklər yüksək və aşağı kreatinin nəticəsində yaranır. Kreatin qan axını ilə böyrəklərə daşınır. Daha sonra böyrəklər tərəfindən süzülmüş kreatin sidiklə xaric olur.

Bəzi hallarda bədənimizdə kreatin molekulunun azalması da baş verə bilər. Kreatin səviyyəsinin aşağı olmasının səbəblərindən biri də həddindən artıq su itkisidir. Xüsusilə hamiləlik dövründə bəzi dərmanların istifadəsi də buna səbəb ola bilir. 

Yüksək və ya aşağı kreatinin səviyyələri müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə qanda kreatinin səviyyəsi normal həddi keçən zaman böyrəklərdə ciddi problem yarada bilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3324
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar