Bəzən səhərlər çox halsız oyanırıq. Günə belə başlayanda isə kefimiz bir xeyli pozulur. Ümumilikdə, səhərlər yorğun oyanmaq ən çox rast gəlinən sağlıq problemlərindən biridir. Bəs, bu narahatlığı aradan necə qaldırmaq olar?
Lent.az yorğun oyanmamaq üçün lazım olan 4 faktoru təqdim edir:
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, səhərlər halsız oyanmamaq üçün düzgün yuxu rejimi olmalıdır.
Digər amil isə gündəlik fiziki fəaliyyətdir. Gündüzləri daha çox fiziki hərəkət edən insanların gecə yuxusunun daha normal olduğu təsdiqlənib.
Ortaya çıxan digər amillərdən biri isə səhər yeməyidir. Səhər yeməyində daha çox karbohidrat tərkibli qidalar qəbul edən insanların gün ərzində daha enerjili olduğu müəyyən edilib.
Halsız oyanmağın qarşısını almaq üçün sonuncu amil isə şəkərli içkilərin qəbul edilməməsidir. Təcrübələr göstərir ki, şəkərli içkiləri çox içən insanlar özlərini enerjili hiss etmirlər və səhərlər daha yorğun günə başlayırlar.