Günəş yanığı ağrılarını  necə aradan qaldırmaq olar?
01 avqust 2023 10:49 (UTC +04:00)

Günəş yanığı ağrılarını necə aradan qaldırmaq olar?

İsti yay aylarında günəş yanığı problemi ilə bir çoxlarımız qarşılaşırıq.

Lent.az xəbər verir ki, insan dərisi ultrabənövşəyi şüaların təsirinə fərqli reaksiya verə bilər. Bəzi insanlarda həssaslığın artması səbəbindən yanıqlar demək olar ki, dərhal görünür. Əgər günəş yanığından əziyyət çəksəniz, dərini mümkün qədər tez soyutmaq lazımdır. Bu cür yaralar üçün müxtəlif kompreslər və hidrojel sarğıları bu məsələdə sizə kömək edəcəkdir.

Bundan sonra dəriyə düzgün qulluq edilməli, xüsusilə sərin duş alınmalıdır. Bu zaman suyun temperaturu bədən istiliyindən 2-3 dərəcə aşağı olması məsləhətdir. Dərinin zədələnmiş sahəsi C vitamini ehtiva edən preparatlarla müalicə edilməlidir. Çünki o qıcıqlanmanı aradan qaldırır, yaxşı nəmləndirir və antiinflamatuar təsir göstərir. D-pantenol tərkibli məlhəmlər də təsirlidir. Bu dərmanlar hüceyrə bölünməsini sürətləndirir və bu, regenerasiyanı stimullaşdırır.

Başqa bir mütəxəssis epidermi yaxşı nəmləndirdiyi üçün hialuron turşusu olan kremdən istifadə etməyi məsləhət görür. Amma dəriyə daha çox zərər verməmək üçün aşındırıcı kremlər və skrablardan istifadə etməmək daha yaxşıdır. Yanıqlar tam sağalana qədər günəşdə qalmaqdan çəkinmək məsləhətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668

Oxşar yazılar