Gündüz yuxusunu sevənlər piylənmə RİSKİ ALTINDADIR
25 iyun 2023 09:09 (UTC +04:00)

Gündüz yuxusunu sevənlər piylənmə RİSKİ ALTINDADIR

Gün ərzində 30 dəqiqədən çox yatmaq sağlamlıq problemlərinə səbəb ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər 18-65 yaş arası 3000-dən çox ispaniyalının məlumatlarını təhlil ediblər.

Nəticələr göstərib ki, gün ərzində 30 dəqiqədən çox yatan insanların bədən kütləsi indeksi yatmayanlara və ya yarım saatdan az yatanlara nisbətən 2 faiz yüksəkdir.

Eyni zamanda, axşam yeməyindən sonra uzun yuxuya üstünlük verən iştirakçılarda piylənmə riski 23 faiz, metabolik sindrom riski isə 40 faiz artıb.

Mütəxəssislər bunun gündüz yuxusu zamanı narahat bir duruş, həmçinin gecə yuxusunun pisləşməsi və pəhrizin dəyişməsi ilə bağlı ola biləcəyini istisna etmirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274

Oxşar yazılar