Bir çoxumuz yuxusuzluqdan və daimi yorğunluqdan əziyyət çəkirik. Bunun nizamsız yuxu rejimi və digər amillərlə bağlı olduğunu düşünsəniz də, səbəbi başqa bir nüans da ola bilər. Bütün gün yuxudan oyanıb özünüzü yorğun hiss edirsinizsə, bu vərdiş sizi gün boyu enerjili saxlayacaq.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yuxu mütəxəssisi Nanci Rotşteyn, iştirakçıların dörddə üçünün həftədə ən azı bir neçə dəfə yorğun oyandığını, xroniki və ya davamlı yuxu problemlərindən əziyyət çəkdiyini göstərən son araşdırmaları paylaşıb.
Nensi Rotşteyn hesab edir ki, yuxunu ciddi şəkildə poza və yorğunluğa səbəb ola biləcək ümumi vərdişlərdən biri mobil telefondan istifadə etməkdir. Yatmazdan əvvəl və ya oyandıqdan dərhal sonra sosial media və ya xəbərləri yoxlamaq vərdişiniz varsa, bu, yatarkən beyninizin kifayət qədər dincəlməsinə mane ola bilər.
İstirahətinizə mənfi təsir göstərə biləcək telefonla əlaqəli başqa bir vərdiş, zəngli saatı söndürüb mürgüləməkdir. Araşdırma nəticəsində məlum olub ki, respondentlərin 83%-i müntəzəm olaraq zəngli saatı söndürüb mürgüləyir və hər beş nəfərdən biri bunu hər gün edir.
Bu problemdən qaçmağın asan yolu var: telefonunuzu yatağınızdan kifayət qədər uzaqda saxlayın ki, səhər durub zəngli saatı söndürməli olacaqsınız. Sonra yatağa qayıtmaq istəyinin qarşısını almaq üçün birbaşa səhər rejiminə keçin.
Yadda saxlamaq lazımdır ki, yuxudan oyandıqdan sonra yatmaq əlavə enerji vermir, əksinə bir neçə dəfə oyanmağa səbəb ola bilər ki, bu da günə pis başlanğıc yaradacaq.