Gecə bir stəkan su içsəniz bədəninizdə nələr olacaq?
18 avqust 2023 14:01 (UTC +04:00)

Gecə bir stəkan su içsəniz bədəninizdə nələr olacaq?

Gecələr həddindən artıq maye qəbulu sidiyin miqdarını artırır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bədən təxminən 7-8 saat fasiləsiz yuxu təmin etmək üçün gecə istehsal olunan sidik miqdarını azaldır.

Ancaq yatmazdan əvvəl bir və ya iki stəkan su içmək bu dövrü poza bilər. Kifayət qədər yuxu almamaq da rifahınıza təsir edə və hətta ürək sağlamlığınızı pisləşdirə bilər. Məsələn, yuxusuzluq yüksək xolesterol səviyyəsi, hipertoniya və çəki artımı ilə əlaqələndirilir.

Ancaq bəzi araşdırmalar yatmazdan əvvəl bir stəkan suyun bədənə müsbət təsir göstərə biləcəyini sübut edib.

Əhvalın yaxşılaşdırılması - Su çatışmazlığı əhval-ruhiyyəyə, bu da yuxunun keyfiyyətinə mənfi təsir göstərir. Tədqiqatlar çox və az su içən 52 nəfər arasında aparılıb. Adətən çox miqdarda su istehlak edənlər daha müsbət emosiyalar yaşayıblar. Daha az su içənlər, daha çox maye içməyə başlayanda əhvallarının yaxşılaşdığını müşahidə ediblər.

Bədənin təmizlənməsi - Su içmək həzmi çox yaxşılaşdırır. Xüsusilə ilıq su qan dövranını yaxşılaşdırır və orqanizmə tullantı məhsulları parçalamağa kömək edir, tərləməni artırır. Gecə tərlə maye itkisi bədəni zərərsizləşdirməyə və dərinin sağlam olmasına kömək edir.

Mədənin nəmləndirilməsi - Mədə ağrılarınız varsa, yatmazdan əvvəl ilıq su mədənizi gecə boyu nəmləndirə bilər. Suya maraqlı bir dad vermək və  C vitamini almaq üçün bir az limon əlavə edə bilərsiniz. Bu, infeksiyaya qarşı mübarizə aparmaq üçün immunitet sisteminizi gücləndirməyə kömək edəcək. Bununla belə, yuxu dövrünü pozmamaq və xəstəliklərin inkişafının qarşısını almaq üçün yatmazdan iki saatdan gec olmayaraq su içmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3195
avatar

Fidan İlqar

Oxşar yazılar