Ərik yemək üçün ən azı 3 SƏBƏB
03 iyul 2024 09:22 (UTC +04:00)

Ərik yemək üçün ən azı 3 SƏBƏB

Əriyin faydalarını saymaqla bitməz. Bir ərikdə cəmi 17 kalori var. 

Lent.az xarici mətbuata istinadən bu dadlı meyvənin faydaları ilə bağlı məlumatı təqdim edir.

Ərik istehlakının  faydaları:

1. Görmə qabiliyyətini yaxşılaşdırır
Yəqin ki, A vitamininin görmə qabiliyyətinin yaxşılaşması ilə əlaqəli olduğunu bilirsiniz, lakin daha yaxşı görməyə kömək edən digər vacib vitaminlər və minerallar da var. C və E vitaminləri bu kateqoriyaya aiddir və bu vitaminlər ərikdə boldur. Bu meyvələr sinkə olan gündəlik tələbatın 2%-ni təmin edir. "Harvard Health Letter"ə görə, ərik görmə qabiliyyətini yaxşılaşdıran ən yaxşı qidalar sırasındadır.

2. İltihabı azaldır
Ərik də daxil olmaqla, iltihab əleyhinə xüsusiyyətləri olan qidaları pəhrizinizə daxil etmək sağlamlığınızı qoruya bilər. İltihab artrit və ürək xəstəliyi kimi bir çox xroniki xəstəliklərlə əlaqələndirilir. Ərik iltihabın qarşısını alan katexin adlı qida maddələri ilə zəngindir. Yaşıl çayda olan eyni birləşmələr - katexinlər əzələ sağlamlığını dəstəkləyir və gərgin fəaliyyətdən sonra əzələlərin daha sürətli bərpasına kömək edir.

3. Həzmi yaxşılaşdırır
Ərik zəngin həll olunan və həll olunmayan lif mənbəyidir, qəbizliyin qarşısını alır və insanın qidanı həzm etməsi üçün lazım olan bakteriyaları qidalandıraraq bağırsaq florasını yaxşılaşdırmağa kömək edir. Bir ərikdə bir qram lif, bu meyvənin bir porsiyasında isə üç qram lif var. Üç qram çox görünməsə də, gündəlik dəyərin 12%-ni təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3636
avatar

Oxşar yazılar