Ən təhlükəli qida mifləri AÇIQLANDI
13 dekabr 2023 13:15 (UTC +04:00)

Ən təhlükəli qida mifləri AÇIQLANDI

Sağlamlıq üçün qida ilə bağlı ən təhlükəli miflər açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq Olqa Romaşina danışıb.

O, detoks və bədənin təmizlənməsi ilə məşğul olmamağa çağırıb.

“Heç birimiz hərtərəfli müayinə olmadan bədənimizdə nə baş verdiyini və onun nədənsə təmizlənməsinə ehtiyac olub-olmadığını bilmirik. Əslində, normal bir pəhriz ilə bu tələb olunmur. Orqanizmimiz təkbaşına bu işin öhdəsindən yaxşı gəlir”, - deyə həkim bildirib.

Bundan əlavə, gündə 500-800 olan aşağı kalorili pəhrizlər sağlamlıq üçün böyük risk yaradır. Belə cüzi pəhriz daxili orqanlarda və sinir sistemində problemlər yarada bilər.

Mütəxəssis internetdə oxunan moda məsləhətlərinə əməl etməməyə çağırıb. Qlütensiz olmaq, aralıq oruc tutmaq və süd məhsullarından qaçmaq kimi miflər hər kəs üçün uyğun deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4695
avatar

Fidan İlqar

Oxşar yazılar