İnsanlar tez-tez uşaqlıqda dırnaqlarını dişləməyə başlayırlar və psixoloqlar bu davranışı uşaqda müxtəlif stres və narahatlıq formaları ilə əlaqələndirirlər. Mütəxəssislər deyirlər ki, bunu etməyə başladıqdan sonra vərdiş artıq formalaşdığı üçün bəzən dayana bilmir. Bununla belə, vərdişi tərgitməyin yolu var.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, pis vərdişdən imtina etmək üçün özünüzə vaxt ayırmalısınız.
Çünki bu bir gündə imtina edilə biləcək vərdiş deyil. Amma əsas odur ki, dırnaqlarınızı dişləməkdən imtina etməklə barmaqlarınız ağrımayacaq və əllərinizin görünüşü daha yaxşı olacaq. Effektiv olmaq üçün acı dadı olan xüsusi lakdan istifadə edin və ya barmaqlarınızın ucunu bandajla sarın və əlcək taxın. Bu sizin üçün bir növ maneə yaradacaq.
Əgər əsəbi olduğunuz zaman dırnaqlarınızı dişləyirsinizsə, o anda əllərinizi tutacaq bir şey etməyə çalışın. Məsələn, kiçik bir topu sıxa və ya bir şey çəkə bilərsiniz. Bu üsullar sizə kömək etmirsə, psixoloq və ya psixoterapevtdən məsləhət almaq daha yaxşı olar.