Diabeti sizə yaxınlaşdıran SƏBƏBLƏR
14 iyun 2023 14:48 (UTC +04:00)

Diabeti sizə yaxınlaşdıran SƏBƏBLƏR

Həkimlər diabetin atipik bir əlamətini açıqlayıblar. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2-ci tip şəkərli diabetin gözlənilməz bir faktora görə inkişaf edə biləcəyini göstərən yeni araşdırmalar aparılıb.

Stokholmdakı Karolinska İnstitutunun alimləri bu xəstəliyin inkişafına səbəb ola biləcək 19 əsas səbəbi müəyyən ediblər. Beləliklə, nəinki piylənmə, yüksək təzyiq və siqaret 2-ci tip diabet kimi bir pozğunluğa gətirə bilər. Bu, hətta sağlam həyat tərzi sürən və artıq çəkisi olmayanlara da təsir edə bilər.

Araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanların 2-ci tip diabetə tutulma ehtimalı 17 faiz daha çoxdur. Bunun səbəbi yuxusuzluğun maddələr mübadiləsini yavaşlatmasıdır ki, bu da orqanizm üçün təhlükəli yaradır.

Həmçinin depressiya, çoxlu miqdarda spirt və kofe içmək xəstəliyin inkişaf riskini artırır. Bununla belə, 2-ci tip diabetin genetik meyl, pəhriz dəyişiklikləri və sürətli həyat tərzi dəyişiklikləri ilə əlaqəli olduğu sübut edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812

Oxşar yazılar