Dəridəki ləkələri 2 həftəyə təmizləyir! - Daha təsirlisi yoxdur
19 iyun 2023 11:11 (UTC +04:00)

Dəridəki ləkələri 2 həftəyə təmizləyir! - Daha təsirlisi yoxdur

Günəş şüaları və ya sızanaqlar səbəbindən dərinizdə ləkələr ola bilər. Dərinizdəki ləkələr dərinin qüsursuz görünüşünü korlayır. Dəri ləkələri üçün bahalı kremlərdən istifadə etmək lazım deyil.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kokos yağı ilə dəri ləkələrini yüngülləşdirə bilərsiniz.

Kakos yağı dəri rəngini bərabərləşdirir, dəri ləkələrinin görünüşünü minimuma endirir. Daimi istifadə edilən kokos yağı dərini parlaq edir.

Kokos yağının bu xüsusiyyətindən yararlanmaq üçün kokos yağını tavada qızdırın. Sonra dəridəki ləkəyə 10 dəqiqə masaj edərək yağı çəkin. Yağın dəri tərəfindən udulması üçün təxminən bir saat gözləməlisiniz. 1 saat saxladıqdan sonra dərinizi yağdan təmizləyin. Həftədə 1-2 dəfə müntəzəm olaraq təkrarladığınızdan əmin olun.

Kakos yağı antibakterial və iltihab əleyhinə xüsusiyyətləri sayəsində dəridəki sərbəst radikallarla mübarizə aparır. Zədələnmiş dəri baryerini bərpa edir. Dərini sağaldır və qidalandırır.

Kakos yağı, həmçinin, dərinin qıcıqlanmasının qarşısını almağa və qızartı üçün çox yaxşıdır. Tərkibindəki E vitamini sayəsində kokos yağı dərini xarici faktorlara qarşı daha güclü edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2040

Oxşar yazılar