D vitamini çox qəbul edildikdə nə baş verir? – HƏKİM DANIŞDI 
04 avqust 2021 15:59 (UTC +04:00)

D vitamini çox qəbul edildikdə nə baş verir? – HƏKİM DANIŞDI 

“Bağırsaq əməliyyatı keçirənlərin 5-10 faizində böyrək daşı yaranır.

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov bildirib.

Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov

Araz İbrahimov qeyd edir ki, qalxanvari xəstəlikləri olanlarda da daş yarana bilər: 

“Onkoloji xəstəliyin müalicəsi zamanı istifadə olunan antibiotik və ağrıkəsicilər də daş yaranmasına səbəb ola bilər. Bundan əlavə böyrək daşı xəstəliyi müxtəlif səbəblərdən yarana bilər. Burada genetik faktor da var, valideynlərin birinin və ya hər ikisinin də böyrəyində daş varsa, bu şəxslərin övladları vaxtaşırı yoxlamadan keçməlidir.

Mütəxəssis bildirir ki, növbəti əsas səbəb anomlaiyalardır, böyrəyin quruluşu, yerinin fərqli olması ilə bağlı böyrəklərlə bağlıdır:

“Uşaqlarda böyrəyin inkişafı ilə bağlı bəzi qüsurlar ola bilər. Üçüncü ən əsası həyat tərzimizdir. Yəni, qidalar və hərəkətlilik məsələsidir. Sidik yollarının iltihabı zamanı da daş yaranmasına səbəb olur, eyni zamanda D vitamini çox qəbul edildikdə və bağırsaq xəstəlikləri də bu böyrək daşının yaranmasına səbəb ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9531
avatar

Oxşar yazılar