“Covid-19”dan qorunmaq üçün mütləq bu peyvəndi edin
02 oktyabr 2023 11:17 (UTC +04:00)

“Covid-19”dan qorunmaq üçün mütləq bu peyvəndi edin

Son vaxtlar “Covid-19” pandemiyasının yenidən baş qaldıracağı haqqında söz-söhbətlər yayılır. Buna səbəb isə virusa yoluxma hallarının artmasıdır. Bir neçə həftədir ki, baş verən bu xoşagəlməz hal artıq bəzilərində qorxu hissi yaradır. 

Lent.az xəbər verir ki, soyuq aylar yaxınlaşdıqca, bir çox qış viruslarından qaynaqlanan infeksiyalar, “Covid-19”un mutasiyaya uğramış variantlarındakı artımlar, sürətlənmələr və intensivləşmələr özünü büruzə verməyə başlayır.

Havalar soyuduqca riskli qrupda olan insanlar( hamilələr, uşaqlar, yaşlılar, onkoloji xəstələr) koronavirusa qarşı daha diqqətli olmalıdır. Belə ki, türkiyəli həkim Osman Müftüoğlu bununla bağlı insanlara bəzi qaydalara əməl etməyə çağırıb. 

Həkim bildirir ki, qış aylarında riskli qruplara daxil olanlar mütləq zatürə(pnevamniya) peyvəndi olunmalıdır. Risk səviyyəsindən asılı olaraq həmin insanlar çox izdihamlı yerlərdə maska taxmalı və digər ehtiyat tədbirlərinə əməl etməlidir. 

Mütəxəssis onu da qeyd edib ki, koronavirus kabusunun bu yaxınlarda geri qayıtması qətiyyən gözlənilmir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3326

Oxşar yazılar