COVID-19-a təkrar yoluxmamaq üçün  ən yaxşı VASİTƏ
03 dekabr 2021 10:37 (UTC +04:00)

COVID-19-a təkrar yoluxmamaq üçün ən yaxşı VASİTƏ

Alimlər belə qənaətə gəliblər ki, COVID-19-a təkrar yoluxmamağın ən yaxşı yolu təbii yolla sağalmaqdır. Bu vəziyyətdə daimi immunitetin formalaşma şansı artır və xəstəxanaya yerləşdirmə və ölüm riski də azalır.

Lent.az xarici mediaya istinadla bildirir ki, araşdırmanın nəticələri “New England Journal of Medicine”də dərc edilib.

Məlumata görə, xəstəlikdən təbii üsulla sağalmaq təkrar infeksiya və ağır xəstəlik riskini azaldır.

Ancaq infeksiyanın qarşısını almaq mümkün olmasa belə, belə hallarda xəstəxanaya yerləşdirmə və ölüm halları 90 faiz az olur.

Alimlər 353 min xəstənin xəstəlik tarixini öyrəndikdən sonra yenidən xəstələnən, lakin xəstəxananın reanimasiya şöbəsinə düşməyən 1330 nəfəri müəyyən ediblər.

Əvvəlki infeksiyadan sonra təkrar yoluxma riski, mütəxəssislərin fikrincə, təxminən 1 faiz təşkil edir.

Təbii sağalma dedikdə, elm adamları xəstəliyi iynəsiz keçirməyi nəzərdə tuturlar.

Belə immunitet peyvəndlərdən daha yaxşı təsi edir və yan təsirlərə səbəb olmur. Bununla belə, elm adamları təbii qorunmanın nə qədər kifayətli olduğunu hələ öyrənə bilməyiblər.
 
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2079
avatar

Oxşar yazılar