Çarpayıdan qalxanda gözlərin qaralmasının SƏBƏBİ  nədir?
04 sentyabr 2023 12:51 (UTC +04:00)

Çarpayıdan qalxanda gözlərin qaralmasının SƏBƏBİ nədir?

Bəzi insanlarda yataqdan qalxarkən gözlərin qaralması, tarazlığın pozulması və huşunu itirmək üzrə olduğu hissi yaranır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bu barədə araşdırma aparıblar.

Həkim Yuri Qaboretsin sözlərinə görə, çarpayıdan qalxan zaman baş verən göz qaralma, tarazlıq pozulma hallarının hamısı ürək problemlərinə görə baş verə bilər. Eyni zamanda, bu daha az rastlanan beyin dövranının pozulmasına da işarə edir.

Gözlərdə qaraldığı zaman yenidən uzanmaq, ayağınızın altına bir rulon qoymaq və bir dəqiqədən sonra yenidən qalxmağa çalışmaq tövsiyə olunur.

Həm də həyəcan, görmə problemləri ilə gözlərsə qaralma hiss edə bilərsiniz. Buna görə də təzyiqi ölçmək lazımdır, çünki damarların spazmı ola bilər. Güclü təzyiq dərmanı qəbul edirsinizsə, dərmanınızı dəyişdirməlisiniz. Bununla belə, bir oftalmoloqla məsləhətləşmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 32867

Oxşar yazılar