Bu şəxslər qəhvədən əbədi İMTİNA ETMƏLİDİR
02 noyabr 2023 10:12 (UTC +04:00)

Bu şəxslər qəhvədən əbədi İMTİNA ETMƏLİDİR

Çoxları üçün sevilən və əvəzolunmaz hala gələn içki kofedir. Xüsusən də səhərlər acqarına içilən qəhvə əslində sağlamlığa ciddi zərər verə bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qastroenteroloq Yevgeni Belousov xəbərdarlıq edib.

O, bir sıra şəxslər bu içkidən tamamilə imtina etməyi məsləhət görüb.

Belə ki, hipertoniya və ya ürək ritmi pozğunluğu olan insanlar bu içkidən uzaq qaçmalıdır.

Onun sözlərinə görə, qəhvə istehlakının məhdudlaşdırılması həddən artıq həyəcan və yuxusuzluğa meyilli olanlara kömək edəcək. Həmçinin, içdiyiniz qəhvənin miqdarına nəzarət etmək urolitiyazdan əziyyət çəkən insanlar üçün vacibdir. Çünki kofein mübadiləsinin son məhsulu sidik turşusudur və həddindən artıq qəhvə istehlakı böyrəklərdə urat daşlarının əmələ gəlməsinə kömək edir.

Həkim kofeinsiz qəhvəyə keçməyi təklif edib - onun tərkibində kofe kimi eyni faydalı maddələr, o cümlədən antioksidantlar var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4680
avatar

Fidan İlqar

Oxşar yazılar